Bakıda qəzalarda 110 nəfər ölüb

2017-ci il yanvarın 1-dən avqustun 26-dək Bakı şəhəri üzrə 375 yol qəzası qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, bu hadisələr nəticəsində 110 ölüm, 340 xəsarət baş verib. V.Əsədov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 hadisə, 6 ölüm, 117 xəsarət faktı azalıb, eyni zamanda, xəsarət dərəcələri yüngülləşib. V.Əsədov bildirib ki, hadisələrin 32 faizi sürət həddinin aşılması səbəbindən baş verib. 62 faiz qəzalar isə piyadaların vurulması ilə nəticələnib.Trend

DİGƏR XƏBƏRLƏR

Top