Mehman Əliyevin vəkili: Avropa məhkəməsinə müraciət edəcəyik VİDEO

Bu gün Bakı Apelyasiya Məhkəməsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apelyasiya şikayətinə baxılıb. "Yeniavaz.com" xəbər verir ki, Apelyasiya şikayəti təmin olunmayıb, qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, M. Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb, ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M.Əliyevin vəkili Fariz Namazlı Avropa məhkəməsinə müraciət edəcəklərini bildirib. Vəkilin tam açıqlaması videoda:

Qeyd edək ki, M. Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb, ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top