ABŞ-a 27 milyon ədəd hovuzu dolduracaq qədər su düşüb

“Harvi” qasırğasının özü ilə gətirdiyi leysan yağışları nəticəsində ABŞ-ın cənubuna təqribən 57 trilyon litr su düşüb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, çərşənbə gününün sonunadək qasırğa nəticəsində ABŞ ərazisinə daha 23 tilyon litrədək su düşməlidir. ABŞ-ın cənubuna artıq düşmüş yağıntıların miqdarı Olimpiya Oyunları üçün 27 milyon ədəd üzmə hovuzlarını doldurardı. Qeyd edək ki, ötən həftənin şənbəsinə keçən gecə Texası cənginə almış “Harvi” son 12 ildə ABŞ-da ən güclü qasırğadır. İndiyədək 30 nəfər “Harvi”nin qurbanı olub.

DİGƏR XƏBƏRLƏR

Top