Azərbaycanda qoyunçuluq maldarlıq və quşçuluqla ƏVƏZ OLUNACAQ

"Azərbaycanda ekstensiv maldarlıqdan intensiv maldarlığa keçid tendensiyası var. İntensiv formada təşkil etmək mümkün olmadığına görə, qoyunçuluq yavaş-yavaş maldarlıq və quşçuluqla əvəz olunacaq". Bunu "Yeniavaz.com" saytına açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin baş məsləhətçisi Cavid Qara bildirib. Onun sözlərinə görə, milli parkların, qoruqların ərazisi genişləndikcə həmin ərazilərdə otarma qadağan olunur: "Yaylaqlarda başqa təsərrüfat növləri yaratmaq demək olar ki, mümkün deyil. Milli parkların, qoruqların ərazisi genişləndikcə orada otarma qadağan olunur. Son illər qışlaqlar təsərrüfatlara cəlb edilir. Qışlaqlar kənd təsərrüfatına cəlb edildikcə köçəri maldarlığın bir zənciri qırılır və qoyun saxlayanlar qışlağa gələ bilmədiklərinə görə, artıq o xərcləri davam etdirmək sərfəli olmayacaq. Yavaş-yavaş qoyunçuluqla məşğul olanların sayı azalacaq. Payız aylarında bu artıq hiss olunacaq. Bu qış üçün keçən qışdan daha az qışlaq sahələri qalıb. Qışlaq ərazilər intensiv şəkildə kənd təsərrüfatına cəlb olunur. Bizdə otarma normadan artıqdır. Daha çox ət istəyirik deyə meşədə qoyun otaraq, dağda qoyun otaraq, bağda qoyun otaraq, belə olmur".

C. Qara qeyd edib ki, qoyunçuluq təbiətə çox böyük zərər vurur: "Dağ keçiləri və digər vəhşi heyvanlar qoyun, it olan yerə yaxın gələ bilmirlər. Onların yaşam arealı və yem bazası daralır. Qoyunlara yaxın olduqlarına görə, onlara xəstəlik keçmə təhlükəsi var. Bir neçə il əvvəl faciəli vəziyyət yaranmışdı. Qoyunlardan dağ keçilərinə xəstəlik keçdi və kütləvi ölüm oldu. İndi artıq bərpa gedir".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top