"Hansı nazirin oğlu əsgərliyə gedib" deyənlər Hüseyn Bağırovun oğlanlarını tanımırlar"

"Həmişə deyirik ki, hansı nazirin balası əsgərlikdə olub? Bu gün öyrəndim və çox qürur duydum. Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun oğlanları hərbi xidmətdə olublar və çətin şəraitdə xidmət ediblər. Daha ətraflı məlumat vermək mənim işim deyil, amma kim istəyirsə, araşdıra bilər". "Yeniavaz.com" saytı xəbər verir ki, bu barədə Nazirliyin əməkdaşlarından biri özünün sosial şəbəkəsində paylaşım edib.

Nazirliyin işçisi bildirib ki, bir müddət öncə bu mövzuda tənqidi yanaşma ilə bağlı status yazıbmış: "İrad bildirərkən, tənqid edərkən minimalist davranmaq, qane olmaq çox romantik görünür və ciddi xətalıdır. "Bir dəfə də olsun", "heç olmazsa" kimi ifadələr haqsızlığın və ya cinayətin ən pis fərz edilə bilən halından başqa geri qalan bütün hallarına haqq qazandırır. "Heç bir nazirin balası əsgərlikdə olmayıb" "göstər mənə bir nazir balası əsgər getsin" kimi arqument gətirənlər həm vicdanlı məmurların haqqına girirlər, həm də köklü problemi romantikləşdirirlər. Yəni əgər bircə nazirin balası əsgər getmiş olsaydı, bu tənqid, bu irad qüvvədən düşər? Yüzlərlə, minlərlə vəzifəli şəxsin vəzifə səlayhiyyətlərindən sui istifadə halına haqq qazandırmış olardıq? "Tənqid edərkən obyektiv və peşəkar olmağa çalışmalıyıq", - deyə həmin şəxs bildirib.

DİGƏR XƏBƏRLƏR

Top