Şəkidə televiziya əməkdaşı qəzaya düşüb

"ARB Şəki" televiziyasının Xəbərlər xidmətinin müxbiri İlqar Səmədov qəzaya düşüb. Bu barədə jurnalistin dostu və həmkarı Pərviz İmranoğlu məlumat verib. Onun sözlərinə görə, hadisə avqustun 29-da axşam saatlarında Şəki rayonunun Orta-Zəyzid kəndi ərazisində qeydə alınıb: "Belə ki, 1990-cı il təvəllüdlü İlqar Yaşar oğlu Səmədov idarə etdiyi 10-LD-533 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən əyləc sistemində yaranmış nasazlıq nəticəsində qarşıdan gələn "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəzadan sonra hər iki sürücü Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti orta-stabil olaraq qiymətləndirilir". Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, 27 yaşlı İlqar Səmədov 5 ildir "ARB Şəki" televiziyasında müxbir-aparıcı kimi fəaliyyət göstərir.Report

DİGƏR XƏBƏRLƏR

Top