Hindistanın bir xəstəxanasında 72 saata 61 körpə ölüb

Son 72 saat ərzində Hindistanın Qorakxpur şəhərinin Baba Raqxav xəstəxanasında azı 61 körpə ölüb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, üç həftə əvvəl həmin xəstəxanada təqribən 70 körpə dünyasını dəyişmişdi. Təkcə son 24 saat ərzində burada 19 uşaq ölüb. Tibb işçiləri körpə pasiyentlərin ölüm səbəbi kimi ensefalit (beyinin iltihabı), eləcə də digər infeksiyalar və sətəlcəmi göstəriblər. Xəstəxana həkimləri uşaqlar arasında kütləvi ölüm hallarının yenidən artmasını Uttar-Pradeş (xəstəxana burada yerləşir) və Bixar ştatlarını cənginə almış güclü daşqınlarla izah edirlər. Təbii fəlakətdən zərər görmüş rayonlardan mütəmadi olaraq ağır vəziyyətdə olan uşaqlar gətirirlər.

DİGƏR XƏBƏRLƏR

Top