Qəbələdə meşə yanır

Qəbələdə meşə zolağında baş vermiş yanğınlar nəzarətə götürülüb. Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında yanğınlar baş verib. Alovun yayılmasının qarşısı alınıb, yanğınlar nəzarətə götürülüb. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası tərəfindən söndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top