Goranboy sakini həyacan təbili çalır

Goranboyun Qaradağlı kəndində 27 il bundan əvvəl inşa edilən evə ilanlar daraşıb. Mənzilin bütün otaqlarına hər gün ilanlarla rastlaşan ev sahibləri qorxudan nə gecələri var, nə də gündüzləri. Evin sahibi deyir ki, evin zirzəmisində ilanların yuvası da var. Ev sahibi Şahin Muxtarov Yeniavaz.com saytına bildirib ki, gecə saatlarında daha çox rastlaşdığı ilanlardan 60-dan çoxunu öldürüb. Şahin onu da bildirdi ki, ilanlar fərqli görnüşə malik olsalarda o,onların hansı ilan növünə aid olduğunu dəqiq deyə bilmir. Evin bütün otaqlarınada, hətta vanna otağında tapılan sürünənlərin kiçikləri 20-25 sm, böyükləri isə 1 metrdən artıq uzunluğa malikdir. O bizə bildirdi ki, həyətdə, evdə kükürd yandırmağına baxmayaraq ilanlar azalmaq bilmir. Ev sahibi yaranan təhlükəli vəziyyətlə aidiyyatı qurumlara xəbər verib. Lakin onun bu çağrışına cavab verən yoxdur. Şahin Muxtarov deyir ki, ailə böyük təhlükə ilə üz-üzədir: “Əlacım qalıb mətbuat vasitəsi ilə bizim vəziyyətlə bağlı səsimizi eşitdirək. Rayonda vəziyyətlə bağlı aidiyyatı qurumlar işləmir. Xahiş edirik bizim səsimizə səs verin”.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top