Türkiyədə zəncirvari qəza - 2 azərbaycanlı ağır yaralanıb

Türkiyədə zəncirvari qəza nəticəsində 2 Azərbaycan vətəndaşı ağır yaralanıb. Hadisə Antalya-Alanya magistral yolunda baş verib. Belə ki, Manavqat şəhərindən Alanya istiqamətində hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirib və yolun ortasındakı maneəni aşaraq qarşı tərəfə çıxıb. Bu zaman Alanyadan gələn digər 2 avtomobillə toqquşub.

Qəza nəticəsində iki Azərbaycan vətəndaşı - Leyla və Ziya Səfərovlar daxil olmaqla, dörd nəfər ağır xəsarət alıb. Ziya Səfərovun ayağını sındırdığı bildirilir. Yaralılardan biri - Adem Çolakoğlu tibbi müdaxiləyə baxmayaraq, dünyasını dəyişib. Həyatının təhlükə altında olduğu bildirilən Leyla Səfərova əməliyyat olunacaq. Qəza nəticəsində magistral yolda tıxac yaranıb. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top