Avropada vurulmuş ən yaxşı qollar seçildi

UEFA ötən mövsümün ən yaxşı qollarını açıqlayıb. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, “Yuventus”un hücumçusu Mario Mancukiç bu nominasiyada qalib gəlib. Xorvat forvardın Çempionlar Liqasının finalında “Real” Madridin qapısına vurduğu qol ən çox səs toplayıb – 26 faiz. M. Mancukiç matç zamanı cərimə meydançası xətti üzərində topu qəbul edərək “qayçı” zərbəsi ilə onu doqquzluğa göndərib. “Fənərbağça”nın forvardı Musa Sounun qolu ikinci olub. Onun Avropa Liqasında “Mançester Yunayted”un qapısına vurduğu qol səslərin 25 faizini toplayıb. Seneqallı futbolçu da “qayçı” zərbəsi endirib. İlk üçlüyü isə “Real” Madirin yarımmüdafiəçisi Kazemironun qolu tamamlayır. O, Çempionlar Liqasında “Napoli”yə qarşı oyunda fərqlənib və səslərin 20 faizini toplayıb. Brazliyalı futbolçu cərimə meydançasının kənarından endirdiyi zərbə ilə topu qapının küncünə göndərib. Qeyd edək ki, mövsümün ən yaxşı qolları UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşib.

DİGƏR XƏBƏRLƏR

Top