İnterpol "Red Bull"un varisini axtarır

Tailand, məşhur enerji içkisi markası "Red Bull"un vəliəhdi (Vorayutha Yoovidhya) haqqında, polis məmuruna avtomobillə vurub qaçdığı ittihamı ilə İnterpolun qırmızı bülleten çıxardığını açıqlayıb. Tailandın hüquq-mühafizə orqanının sözcüsü Krissana Pattanacharoen etdiyi açıqlamada, İnterpolun "Red Bull"un vəliəhdi (varisi) haqqında qırmızı bülleten çıxardığını bildirib.
Pattanacharoen, "Bu cinayət işininin bütün cəhətlərini araşdırıb təqib edirik. Və Yoovidhyanın başqa bir ölkədə gizləndiyi ehtimalına inanmağımızdan bu qırmızı bülletenin çıxması lazım idi",- deyə bildirib.
Vorayuthun 2012-ci ildə motosikletli polis məmuruna avtomobili ilə vurduqdan sonra hadisə yerindən qaçıb. Vorayutha barəsində "vurub qaçma" və "diqqətsiz avtomobil istifadə etmə" ittihamları ilə cinayət işi açılıb. Rəsmi şəxslər, may ayında Vorayuthun Tailand pasportunu ləğv etmişdi. marja

DİGƏR XƏBƏRLƏR

Top