Türkiyə Avropa İttifaqından (Aİ) yeddimillik addımlarla uzaqlaşır və buna görə məsuliyyəti Aİ-nin üzərinə atmağa çalışır.
“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının (AK) sədri Jan-Klod Yunker deyib. Onun sözlərinə gərə, məsələ Türkiyə ilə danışıqlara son qoyulub-qoyulmamasındadır: “Bu, nəzəri məsələdir. Hazırda danışıqlar aparılmır”. AK sədri vurğulayıb ki, Ankara münasibətlərin korlanmasına görə məsuliyyəti Brüsselinə üzərinə atmaq istəyir: “Mən həmişə dost münasibətlərim olduğu və yaxşı münasibətlər saxladığım Ərdoğandan Türkiyəni deyil, Aİ-ni cavabdeh göstərmək üçün Avropadan danışıqların dayandırılması haqqında bəyanatı gözləməkdə şübhələnirəm”. O əlavə edib ki, Aİ özünü elə aparmalıdır ki, türklər başa düşsünlər ki, onlar, Ərdoğanın sistemi Türkiyənin Aİ-yə üzvlüyünü mümkünsüz edib: “Məsuliyyət tamamilə Türkiyə tərəfinin üzərindədir”