Arakanda son 3 gündə 3 min müsəlman öldürülüb DƏHŞƏTLİ FOTOLAR

Myanmanın Arakan əyalətində cümə günü polis bölmələrinə edilən hücumlardan sonra şiddət hadisələri artıb.

“Yeniavaz.com” xarici KİV-ə istinadən xəbər verir ki, müsəlmanlara qarşı təşkil olunana bu şiddətli hücumlarda 2-3 min arası müsəlman qətl edilib.

Avropa Rohingya Şurasının (ARŞ) açıqlamasında bildirilir ki, qətliamı həyata keçirən Myanma ordusudur.

ARŞ-nın sözcüsü Dr.Anita Şuqun sözlərinə görə, son 3 gün ərzində Myanma ordusu tərəfindən 2-3 min arası müsəlman qətl edilib: “Bu qətliam 2012-ci ildən bəri baş verənlərdən qat-qat daha şiddətlidir. Vəziyyət heç bu qədər ağır olmamışdı. Arakanda soyqrıma məruz qalırıq”.

Şuq bildirir ki, Arakanın təkcə bir kəndində dünən 900-1000 nəfər müsəlman öldürülüb. Bu kənddən cəmi bir oğlan uşağı sağ qalıb.

Soyqırımın, qətliamın artmasına görə, minlərlə insan qaçaraq Banqladeş sərhədinə sığınıb. Banqladeş polisi isə sərhəddən keçmək istəyənlərin qarşısını alır.

Bu qətliamlar nəticəsində bugünə qədər 90 mindən çox arakanlı müsəlman öz yurdlarını tərk etməyə məcbur qalıb.

BMT baş verənlərlə bağlı komisiya üzvlərini hadisə yerinə göndərib amma Myanma hökuməti üzvləri əraziyə daxil olmağa qoymayıblar.

Qeyd edək ki, Roma Papası Fransisk arakanlı müsəlmanlar üçün bazar günü ayinində dua edib.

BMT Myanma hökumətini arakanlı müsəlmanlara qarşı etnik təmizləmə etməkdə günahlandırır.

DİGƏR XƏBƏRLƏR

Top