Qasırğa ilə bağlı ABŞ-dakı səfirliyimizdə qaynar xətt yaradılıb

ABŞ-ın Texas ştatında "Harvi" qasırğası ilə əlaqədar yaranmış fövqəladə vəziyyətlə bağlı Azərbaycan Respublikasınının ABŞ-dakı səfirliyində qaynar xətt yaradılıb. Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatına görə, ehtiyac olacağı təqdirdə Azərbaycan vətəndaşları +12028200987 nömrəsi və ya [email protected] elektron poçtu ilə əlaqə saxlaya bilərlər. Həmçinin təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlara ABŞ-ın bu bölgəsinə səfər etməmələri, yerli dövlət qurumlarının təlimatlarına riayət etmələri və fövqəladə hallarda ABŞ Sahil Mühafizəsinə müraciət etmələri tövsiyyə olunub.Report

DİGƏR XƏBƏRLƏR

Top