Tibb bacısı qəsdən 86 nəfərin ölümünə səbəb olub

Almaniyada qandonduran hadisənin üstünü açılıb.

“Yeniavaz.com” xarici KİV-ə istinadən xəbər verir ki, polisin apardığı istintaqda məlum olub ki, əvvəllər tibb bacısı işləmiş bir qadın ən azı 86 insanın qəsdən ölməsinə səbəb olub.

Şimali Almaniyanın Oldenburq şəhərinin polisi “New York Times”a verdiyi açıqlamada bildirib ki, bu ağılasığmaz bir hadisədir.

Nils Hegel adlı əvvəllər tibb bacısı işləmiş qadın 2015-ci ildə iki cinayət və iki dəfə cinayətə təşəbbüsə görə həbsə məhkum olub. Məhkəmə prosesində o etdiyi cinayətlərin hamısını etiraf edib.

Belə ki, N.Hegel xəstəxanada işlədiyi vaxtlarda ürək dərmanının dozasını artırıb xəstələrin ağır vəziyyətə düşməsinə səbəb olurmuş. O daha sonra vəziyyəti ağırlaşmış xəstələrin həyatını qurtarmağa çalışırmış. Amma bu bəzən alınmırmış. Nəticədə tibb bacısı 86 nəfərin ömünə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top