Nazirlik: Dərsliklərin məktəblərə çatdırılması yekunlaşıb

2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə paylanılacaq dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur. Şagirdlər və ya şagirdlərin valideynləri müvafiq dövlət ümumtəhsil məktəbinə sentyabrın 8-nə qədər müraciət edərək dərslikləri əldə edə bilərlər.
Məlumatda qeyd olunub ki, hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.

DİGƏR XƏBƏRLƏR

Top