Reyddə maraqlı anlar: Allah haqqı çox içməmişəm VİDEO

Sərxoş halda sükan arxasında əyləşərək özü, sərnişinlər və ətrafdakılar üçün təhlükə yaradanlar bu dəfə də yol polisi əməkdaşlarının hədəfində olub.

Göygöldə keçirilən reyd zamanı spirtli içki qəbul edən sürücülərlə qanun keşikçiləri arasında mübahisə yaranıb.

Yol polisinin mütəmadi profilaktik tədbirlərinə baxmayaraq, hələ də bəzi şəxslərin spirtli içki qəbul edərək nəqliyyat vasitələrini idarə etməsi hallarına rast gəlinir.

Baş Dövlət Yol Polisi İdarəsinin, Yol-Patrul Xidməti Alayının xüsusi bölüyünün əməkdaşlarının reydi nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 13 nəfər aşkar olunub. Onlar inzibati məsuliyyətə cəlb edilib.

Yol polisləri həmçinin yol-hərəkəti qaydalarını pozan, avtomobili sənədsiz idarə edən sükan sahiblərinə qarşı da barışmaz mövqe tutublar.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etməyi, xüsusən də sərxoş vəziyyətdə sükan arxasına keçməməyi tövsiyə edir. ARB TV. oxu.az

Reyd

DİGƏR XƏBƏRLƏR

Top