Kataloniyanın İspaniyadan ayrılması üzrə qanun layihəsi təqdim olundu

Kataloniyanın JxSí (“Birlikdə lehinə”) və CUP (“Birlikdə xalq birliyinin lehinə”) partiyalarının nümayəndələri regionun İspaniyanın tərkibindən çıxması üzrə prosesin qanunuliyini və ardıcıllığını nəzərdə tutan qanun layihəsini təqdim ediblər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, sənəd Kataloniyanın müstəqilliyi haqqında referendumun keçirilməsi ilə artıq İspaniyadan ayrılaraq müstəqil olmuş regionun konstitusiyasının qəbul edilməsinədək olan dövr arasında qanuniliyi təmin edəcək və prosedur qaydalarını təqdim edəcək.

Əgər regionun sakinləri müstəqilliyin lehinə səs verəsəıər, altıaylıq keçid dövrü işə salınacaq. Bu dövr ərzində Kataloniyanın əsas icra orqanına keçiriləcək yeni seçkilərə hazırlıq başlayacaq. İlk altıaylıq dövr başa çatdıqdan sonra yeni altıaylıq mərhələ başlayacaq, bu zaman isə yerli parlament buraxılacaq və müstəqil regionda ilk seçkilər keçiriləcək. Qanunda, həmçinin yazılıb ki, müstəqil Kataloniya Avropa İttifaqının üzvü olaraq qalacaq. Müstəqil respublikanın rəsmi dilləri katalon, ispan və aran ola bilər.

Xatırladaq ki, Kataloniyanın İspaniyadan ayrılmasının tərəfdarları müstəqillik haqqında referendumu oktyabrın 1-də keçirmək istəyirlər. Kataloniya hakimiyyətinin rererenduma çıxarmaq istədiyi sual belə səslənir: “Kataloniyanın respublika idarəetmə forması ilə müstəqil dövlət olmsını istəyirsinizmi?”.

DİGƏR XƏBƏRLƏR

Top