Polis gənc qızı axtarır, o isə...

Bakıda yoxa çıxdığı deyilən gənc qız tapılıb. Bu barədə məlumatı Lənkəran rayon Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova verib.

O bildirib ki, Şəbnəm Abbasova imtahana gedən zaman yolda yıxılıb, ayağı zədələnib:

“Mən atası ilə əlaqə saxladım, evindədir və itkin düşməsi ilə bağlı bir məlumat yoxdur. Ayağı zədələndiyi üçün müsahibədə iştirak edə bilməyib”.

Xatırladaq ki, Lənkəran sakini, 1992-ci il təvəllüdlü Şəbnəm Nazim qızı Abbasovanın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Ş. Abbasova müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak etmək üçün avqustun 24-də Bakı şəhərinə gəlib və həmin gündən yoxa çıxdığı bildirilmişdi.qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top