"Mənim test sisteminə neqativ münasibətimin ciddi qənaətlərimə əsaslanır". "Yeniavaz.com" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.
S. Məmmədov qeyd edib ki, neçə illərdir dövlət qulluğu üzrə müsahibə komissiyasının üzvüdür: "Müsahibəni aparan 3 nəfər olur: "Ədliyyə Nazirliyində, Məhkəmə-Hüquq Şurasında bütün imtahan mərhələlərini müşahidə edirəm. 100 mümkün baldan 93 bal toplayan hüquqşünasın Konstitutsiyadan verilən ən elementar suallara cavab verə bilməməsini gözlərimlə görmüşəm. Əgər test imtahanında 100 mümkün baldan 80 və daha artığını toplayan hüquqşünas hakimiyyətin 3 qolunun adlarını deyə bilmirsə, qanunvericilik təşəbbüsü subyektlərini sadalaya bilmirsə, onda bu sitemin saxlanılması anlaşılan deyil. Testdən yüksək və ya keçid balının toplanması qabiliyyətdir, əlbəttə, amma fikrimcə, bilik göstəricisi deyil. Bu sistem qaldıqca yüksək təhsilin adını belə çəkməli deyilik. Amma bizdə çox savadlı insanlar da yetişir. Bu test sisteminin uğuru deyil. Onsuz da hələ uzun müddət bu sistem qalacaq. Çünki maraqlı tərəflər çoxdur. Bu söz-söhbət isə çoxdan var".
Təhsil üzrə ekspert Kamran Əsədov isə qeyd edib ki,
testlə təhsil sistemini qurmaq olmaz: "Testlə yalnız əldə olunan biliyin səviyyəsini yoxlamaq olar. Əfsuslar olsun ki, bizim müəllimlər bu gün testi bəhanə edərək uşaqları testin cavablarını əzbərləməyə sövq edirlər. Bu təhsil üçün böyük və çox qorxulu nəticələr verə bilər. Ali məktəblərə qəbul kifayət qədər sadələşdirilməlidir. Hər kəsə imkan verilməlidir ki, ali təhsil ala bilsin". Kamran Əsədov qeyd edib ki, söhbət test sisteminin ləğvindən getmir: "Söhbət məznunun və formasının dəyişdirilməsindən gedir. Atrıq sizdə bilirsiz ki, indiki abituriyentlər 5 il əvvəlki kimi deyillər. Əzbərçiliklə nəsə əldə etmək istəyirlər. Açıq test modellərindən, digət test formatlarından istifadə edilməklə, tarixdən hansısa mövzu barəsində esse, təqdimat yazmaqla bunu həyata keçirmək olar. Şəffaflıq əıbəttə ki, qorxduğumuz yerdir, amma inannmaq lazımdır.
Kadr hazırlığı ali məktəblərə həyata keçirilir. Biz isə ali məktəblərə hazır kadr yollamaq istəyirik. Test imtahanında toplanan bal bilik göstəricisi ola bilməz. İslahatlar, düzəlişlər ali məktəblərdə edilməlidir. XI sinifi bitirən abituriyentlərin 80 faizi psixoloji cəhətdən xəstədir, əsəbidir. Hamısı çətin qəbul imtahanlarına görədir. Amma qəbul sadə olsa, ali məktəblər ciddi şəkildə tədris həyata keçirsə, heç bir problem olmayacaq".