Evlilik ildönümü üçün getdiyi restoranda öldü - FOTO

Evlilik ildönümünü qeyd etmək üçün həyat yoldaşı ilə ailəvi istirahət mərkəzinə gedən şəxs qəfil dünyasını dəyişib. "Yeniavaz.com" saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Antalyanın Manavgat qəsəbəsində qeydə alınıb. Bildirilir ki, 39 yaşlı Hüseyin Çiftçioğlu xanımı Nadire Dilek Çiftçioğlu ilə birlikdə evliliklərinin 1-ci ildönümünü qeyd etmək qərarına gəliblər. Onlar bu məqsədlə ailəvi istirahət mərkəzlərindən birinə gediblər. Sonda Hüseyin Çiftçioğlu istirahət mərkəzinin hovuzunda çimib. Çimdikdən sonra hesabı ödəyən H. Çiftçioğlu qəfil huşunu itirib və yerə yıxılıb. Hadisə yerinə təcili yardım çağırılsa da, edilən tibbi yardımın heç bir faydası olmayıb və H. Çiftçioğlu dünyasını dəyişib. Aprılan araşdırmalardan sonra onun cənazəsi tibbi ekspertiza üçün Antalya Ədliyyə Tibb Morquna göndərilib. Onun yüksək qan təzyiqindən əziyyət çəkdiyi və mütəmadi təzyiq dərmanları qəbul etdiyi açıqlanıb. İlkin ehtimallara görə, qəfil ölüm də təzyiqin qəfil qalxması səbəbindən baş verib.

DİGƏR XƏBƏRLƏR

Top