Netanyahu: İran Suriya və Livanda raket istehsalı üzrə obyektlər tikir

İsrailin Baş naziri Benyamin Netanyahu Tehranı Suriya və Livanda yüksəkdəqiqlikli idarə olunan raketlərin istehsalı üzrə obyektlər tikməkdə ittiham edib.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, o bu bəyanatla Qüdsdə BMT-nin baş katibi Antonio Qutyerreş ilə danışıqlara başlamazdan əvvəl çıxış edib. Baş nazirin sözlərinə görə, İran elan etdiyi hədəfinə - İsrailin məhv edilməsinə - çatmaq məqsədilə hərbi cəhətdən möhkəmlənmək üçün Suriyanı baza kimi istifadə etməyə çalışır: “Bu məqsədlə o, Suriya və eləcə də Livanda yüksəkdəqiqlikli idarə olunan raketlərin istehsalı üçün obyektlər tikir”. B. Netanyahu qeyd edib ki, İsrail bunu qəbul edə bilməz, ABŞ bunu qəbul etməməlidir.

DİGƏR XƏBƏRLƏR

Top