Bu ölkədə polietilen paketləri satanlar həbs olunacaqlar

Keniyada təqribən 40 min dollar cəriməni və azadlıqdan məhrum etməni nəzərdə tutan polietilen paketlərin istehsalı, satışı və istifadəsinin qadağan olunması haqqında qanun qüvvəyə minib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Keniya hökumətinin hələ bu ilin martında elan etdiyi yeni məhdudlaşdırıcı tədbirlər paketlərin istifadəsini, satışını, istehsalını və idxalını ehtiva edir. Sənaye təyinatlı məmulatlar istisna təşkil edir. Qadağanı pozmaya görə minimum cərimə 19 min dollar, maksimum cərimə isə 38 min dollar təşkil edir, qanun, həmçinin dörd ilədək həbs cəzasını nəzərdə tutur. Bu, dünyada polietilen paketlərin yayılması ilə mübarizədə ən ciddi qanundur.

Keniya hökuməti bəyan edir ki, polietilen paketlər ətraf mühiti çirkləndirir, onların ucbatından kanalizasiya boruları zibillənir. BMT-nin hesablamalarına görə, təkcə ölkənin supermarketlərində hər il təxminən 100 milyon paket ayrılır. Plastik paketlər, butulkalar, stəkanlar bütün dünyada əsas ekoloji problemə çevrilib. Onlar onlarla və yüzlərlə il ərzində çürüyürlər, dənizin ekoloji sisteminə və quşlara düzəldilməsi mümkün olmayan zərər vururlar, dənizləri, sahilləri, meşələri çirkləndirirlər. Alimlərin hesablamalarına görə, hər il dünya okeanına 4,8-dən 12,7 milyon tonadək plastik məhsullar düşür.

DİGƏR XƏBƏRLƏR

Top