Sosial şəbəkədə təhlükəli virus yayılıb

“Facebook”da messencer vasitəsilə təhlükəli virus yayılıb.

“İnfo.sibnet.ru” saytının verdiyi xəbərə görə, kibercinayətkarlar virusu göndərmək üçün istifadəçilərin səhifələrini “sındırılar”. Belə ki, istifadəçilərə guya hər hansı dostundan məlumat gəlir. Bu linkə klik etdikdə video və sayta keçid olan səhifə açılır.

“Windows” əməliyyat sistemindəki “Mozilla Firefox” brauzerinin istifadəçilərinə zərərverici faylı “Flash Player” adı altında yükləmək təklif olunur. Şəbəkəyə “Google Chrome” brauzeri ilə daxil olan istifadəçilərə isə “YouTube”u xatırladan keçidə keçməyi təklif edirlər. Ora daxil olmaq cəhdi öz növbəsində zərərverici proqram təminatının kompüterə daxil olmasına şərait yaradır.

Virus həmçinin “MacOS” və “Linux” əməliyyat sisteminin istifadəçiləri üçün də təhlükəlidir. Mütəxəssislər güman edirlər ki, virusun yayılmasında məqsəd səhifələrin “sındırılması” və məlumatların toplanılması yolu ilə reklamdan qazanc əldə edilməsidir. Belə ki, təhlükəli proqramı yaddaşda saxlamış insan, həmçinin onun yayılmasına şərait yaratmış olur.lent.az

DİGƏR XƏBƏRLƏR

Top