"Saxta diplom problemi öz həllini tapır"

"Saxta diplomlar Azərbaycan təhsil sistemində uzun müddətdir kök salıb”.

Bunu müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində 11 saxta diplomlu müəllimin aşkarlanmasından danışarkən fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov deyib.

O bildirib ki, problem yavaş-yavaş həllini tapır:

"Əvvəllər 2-3 min nəfər saxta diplomlu müəllim var idisə, indi 5-10 nəfər qalıb. Deməli problem həllini tapır. Qalan saxta diplomlu şəxslərin də təhsil sistemindən uzaqlaşmasını, təhsilimizin təmizlənməsini arzu edirik. Yaxın gələcəkdə tamamilə bu vəziyyətin aradan qaldırılacağını deyə bilərik”.

Qeyd edək ki, Təhsil Nazirliyinin açıqlamasına görə, bu həftə müsahibə mərhələsi də yekunlaşır. Müsahibənin nəticələri növbəti həftənin əvvəli hər bir müəllimin şəxsi səhifəsində yerləşdiriləcək.sher.az

DİGƏR XƏBƏRLƏR

Top