Texasda daşqınlarla əlaqədar fövqəladə vəziyyət elan olunub

Hyuston şəhərinin ətraf rayonlarının "Harvi" qasırğasının yaratdığı daşqınlardan əziyyət çəkən 2000-ə qədər sakini evakuasiya edilib. BBC xəbər verir ki, Texasın digər hissələrində leysan yağışlar davam edir. Milli Meteorologiya Xidmətinin məlumatına görə, bölgədə nəqliyyatın işi praktiki olaraq iflis olub, daşqınla əlaqədar fövqəladə vəziyyət tətbiq olunub. Həmçinin 5 nəfərin öldüyü barədə məlumat verilir, amma hələlik 2 ölüm faktı etibarlı şəkildə təsdiqlənib. Belə ki, Arkansas qraflığında 1 nəfər cümə axşamı evində meydana gələn yanğında ölüb, Hyustonda isə daşqın zamanı avtomobil sürən qadın həlak olub. Xilasetmə işçilərinin fəaliyyətinə güclü külək maneə törədir. Minlərlə insan elektrik enerjisiz qalıb. Milli Meteorologiya Xidməti Texas ştatının cənub-şərqində yerləşən bir çox qraflıq üçün daşqın təhlükəsi elan edib. Xidmətdən verilən məlumata görə, dünən gecə Hyuston və Qalvestonda "fəlakətli miqyasda" daşqın baş verib. ABŞ Prezidenti Donald Tramp təbbi fəlakətin miqyası ilə tanış olmaq üçün Texasa səfər etmək niyyətindədir.Report

DİGƏR XƏBƏRLƏR

Top