Relslərin üzərində oynayan uşağı qatar vurub - Bakıda

Bakının Nərimanov rayonu ərazisində uşağı elektrovoz vurub.

Hadisə 2011-ci il təvəllüdlü Qasımov Yusif Nazim oğlu Keşlə qəsəbəsindən keçən dəmiryol relslərinin üzərində oynayarkən baş verib.

Nəticədə uşaq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Fakt hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırılır. Report

DİGƏR XƏBƏRLƏR

Top