"Çocuklar duymasın"ın aktyoru ÖLDÜRÜLÜB

Türkiyənin məşhur aktyorlarından Vatan Şaşmaz İstanbulda otellərin birində qətlə yetirilib.

"Yeniavaz.com" “Sözcü.com.tr”yə istinadən bildirir ki, aktyorun otağından çox sayda silah səsi eşidən hotel işçiləri dərhal polisə xəbər veriblər. Hadisə yerinə gələn əməliyyatçılar məşhur aktyorun kürək nahiyəsindən odlu silahla vurularaq öldürüldüyünü aşkarlayıblar. Onun qatili keçmiş model Filiz Aker olub. F.Aker cinayəti törətdikdən sonra hadisə yerində intihar edib. Qadın tapanca ilə özünü başından vurub.

Başqa bir iddiaya görə, Vatan Şaşmazın öldürüldüyü hotel otağı qatili Filiz Akerə məxsus olub. F.Aker 1 aydır ki, həmin nömrədə qalırmış. İddiaya görə, F.Akerin ailəsi keçmiş mankeni tapa bilmədikləri üçün hotel işçilərinə müraciət ediblər. Keçmiş mankenin otağının qapısı döyülüb, cavab gəlmədikdə qapı hotel işçiləri tərəfindən açılıb. Qapı açıldıqda otaqda iki cəsəd aşkarlanıb və dərhal polisə xəbər verilib. Şahidlərin sözlərinə görə, V.Şaşmazın cəsədində 4 güllə yarası olub. F.Aker isə 1 güllə ilə həyatına son verib.

Qeyd edək ki, Azərbaycan tamaşaçısı Vatan Şaşmazı “Çoçuklar duymasın” serialından tanıyır.

Vatan Şaşmaz qatili ilə birlikdə:

DİGƏR XƏBƏRLƏR

Top