Cəlilabadda göldə batan şəxsin cəsədi sudan çıxarılıb

Cəlilabad rayonu, Abacanlı kəndində 1 nəfər göldə batıb. Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 1991-ci il təvəllüdlü Hümbətov Şahmar Habil oğlunun cəsədi tapılıb sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:55-də başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top