Suriya ordusu İŞİD-in 800 yaraqlısını məhv edib

Suriya ordusu Rusiya Hərbi Kosmik Qüvvələrinin dəstəyi ilə Qanem-Əli şəhəri ərazisində 800-dən çox İŞİD yaraqlısını məhv edib. RİA "Novosti" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmiləri məlumat yayıb. Qeyd olunur ki, general Həsən Suxelin başçılıq etdiyi hökumət qoşunları İŞİD-in "ən döyüşkən və yaxşı silahlanmış qruplaşma"sını zərərsizləşdirməyə müvəffəq olub. Həmçinin 13 tank, pulemyot quraşdırılmış 39 yolsuzluq avtomobili, 9 artilleriya qurğusu və minaatan məhv edilib. İndi hökumət qoşunları Fərat çayının şərq sahili boyunca hücumu inkişaf etdirir.Report

DİGƏR XƏBƏRLƏR

Top