Sultan Əbdülhəmidin nəvəsi: Hələbin şimalı və Əl-Bab dədəmin “kupçalı” əmlakıdır

Osmanlı Sultanı II Əbdülhəmid Qəzza və Qüdsün ətrafında yerləşən bir çox torpaq sahəsini öz pulu ilə almağa başlayıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Sultan II Əbdülhəmidin dördüncü nəsil nəvəsi Orxan Osmanoğlu deyib. Onun sözlərinə görə, Fələstində torpaq ərazisi alışı 1880-ci illərdə başlayıb. O. Osmanoğlu qeyd edib ki, Sultan Qəzzaya çox önəm verirdi: “Bunu təkcə Fələstində deyil, həm də o bölgədəki bir çox yerdə edib. Hələbin şimalı və Əl-Bab Sultan Əbdülhəmidin “kupçalı” əmlakıdır. Bizim əlimizdə sənədlər var. Sultan olduqca həssas yerləri satın alıb, Qüdsün ətrafını demək olar tamamilə alıb. Yəhudilər Sultan Əbdülhəmidin aldığı torpaq ərazilərini ala bilməyəcəklərini başa düşdülər. Onlar yavaş-yavaş torpaq sahələri almağa başlasalar da, Sultan Əbdülhəmid taxta çıxan kimi bunu tam qadağan etdi. Sultan bu torpaqların önəmini, yəni yüz il sonrasını görüb. Mosul və Kərkükü Lozannada itirdik, amma onların “kupçaları” hələ də Sultan Əbdülhəmidin üzərində qeydiyyatdadır”.

DİGƏR XƏBƏRLƏR

Top