Türkiyədə daha bir alman vətəndaşı saxlanıldı

Türkiyədə növbəti alman vətəndaşının saxlanılması faktı aşkara çıxıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, o, aprel ayında ölkənin cənubunda saxlanılıb, lakin onun yaxalanması faktı ictimaiyyətə indi məlum olub. Almaniya vətəndaşı Qüdsə zəvvar kimi getməyə hazırlaşıb və onun yolu Türkiyədən keçib. Onun nədə şübhəli bilindiyi məlum deyil. Almaniya öz vətəndaşına konsulluq dəstəyi verir. Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Türkiyədə ilkin istintaq təcridxanalarında Almaniyanın 10 vətəndaşı saxlanılır. Onlar terrorçuluğu dəstəkləməkdə, dövlət çevrilişinə cəhddə iştirak etməkdə şübhəli bilinirlər.

DİGƏR XƏBƏRLƏR

Top