Ruslar Türkiyədə daha çox pul xərcləməyə başlayıblar

Rusiyalıların bu yay Türkiyədə xərcləri artıb, turistlər daha çox paltar, zərgərlik məmulatları və saatlar alırlar, bununla belə, orta hesabla qəbz 17 faiz artıb. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Globaı Blue Turkey” şirkətinin araşdırmasında deyilir. Şirkət Türkiyədə alış-veriş etmiş əcnəbi turistlərə əlavə dəyər vergisini (ƏDV) qaytarır. Ötən il rusiyalı turistlər iyul ayında ümumi məbləği 630 min türk lirəsi (1 lirə - 0,29 dollar) olan ƏDV-nin qaytarılmasını tələb edib, cari ilin iyulunda bu rəqəm 3,2 milyon təşkil edib. 400 faizdən çox artım onunla əlaqədardır ki, Türkiyə 2016-cı ilin yayında mütəşəkkil turizm üçün bağlanmışdı. Məlumatda qeyd edilir ki, qaytarılan ƏDV məbləğinin 2,2 milyon türk lirəsi geyim, 816,8 mini zərgərlik məmulatı və saat, 60,8 min lirəsi şüşə məmulatları, 4,25 min lirəsi kosmetika, 40,36 min lirəsi isə digər alış-veriş kateqoriyasının payına düşüb. ƏDV böyük alış zamanı qaytarıldığına görə turistlərin kiçik suvenirlər və şirniyyatlara çəkdiyi xərclər hesablanmayıb. 2017-ci ildə Türkiyədəki rusiyalı turistin orta hesabla qəbzi 17 faiz artıb. Bu ilin iyununda Türkiyəyə yollanmış rusiyalıların sayı isə 763,7 min nəfəri ötüb.

DİGƏR XƏBƏRLƏR

Top