Netanyahu Putinlə təcili görüşməsinin səbəbini açıqlayıb

İsrailin Baş naziri Binyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putin ilə təcili görüşməsinin səbəbini regionda, o cümlədən İsrail-Suriya sərhədində vəziyyətin son həftələr ərzində dəyişməsi ilə izah edib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, son həftələrədək Suriyada vəziyyət sabit idi. Bununla belə, o qeyd edib ki, son həfətlərdə isə böyük dəyişikliklər baş verdi: “İsrailin şimal sərhədində, Suriyada 2011-ci ildən bəri silahlı münaqişə davam edir. Münaqişədə, o cümlədən Rusiya 2015-ci ildən hökumət qoşunlarının tərəfində iştirak edir. İsrail və Rusiya qoşunları arasında toqquşmaların olmamasını təmin etmək məqsədi ilə bu vəziyyət fonunda vaxtaşırı nə etdiklərimizi müzakirə edirik”. Baş nazir əlavə edib ki, V. Putinlə apardığı bütün danışıqlar birmənalı olaraq iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət edib: “Düşünürəm ki, bu təkcə Rusiyanın deyil, həm də bizim maraqlarımıza uyğun idi. Rusiya Prezidenti ilə son görüşüm zamanı danışıqlar tamamilə İranın Suriyada güclənmə səylərinə həsr olunmuşdu”. Xatırladaq ki, tərəflər avqustun 23-də Soçidə görüşüblər.

DİGƏR XƏBƏRLƏR

Top