Livan İŞİD-lə danışıqlar aparacaq

Livan ordusu ölkənin Suriya ilə şimal-şərq sərhədində İŞİD terror qruplaşmasının mövqelərinə hücumun dayandırıldığını bəyan edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunun ardından “Hizbullah” və Suriya ordusu da döyüşləri dayandırdıqlarını açıqlayıblar. Livan ordusunun bəyanatında deyilir ki, bu, terrorçuların əsir götürdükləri əsgərlərin taleyi barədə danışıqlar aparmaq üçün lazımdır. Xatırladaq ki, Livan ordusu avqustun 19-da Suriya ilə sərhəd Raas-Baalbek və Əl-Kaa rayonlarının İŞİD silahlılarından azad edilməsi üzrə “Dağlıq rayonların şəfəqi” adlı əməliyyata başlayıb. Əməliyyat iddia edildiyinə görə, “Hizbullah” və Suriya ordusu ilə əlaqələndirmə olmadan aparılıb. Hərbçilər Suriya ilə sərhəddəki 120 kvadratkilometr ərazini terrorçulardan azad etməyi planlaşdırırdılar. Livan ordusu indiyədək silahlıların zəbt etdiyi 120 kvadratkilometr ərazinin 100 kvadratmetrini azad edib. “Hizbullah” və Suriya ilə ordusu isə birlikdə Suriya-Livan sərhədi yaxınlığında İŞİD-in tutduğu 310 kvadratkilometr ərazininn 270 kvadratkilometrini azad ediblər.

DİGƏR XƏBƏRLƏR

Top