Azərbaycanın "N" saylı hərbi hissəsinin silah-sursat anbarında baş verən partlayışla əlaqədar əraziyə yaxın 6 kəndin əhalisi təxliyyə edilib. Təxliyyə partlayış zamanı mərmi qəlpələrinin həmin kəndlərə yayılması ilə bağlı həyata keçirilib. Həmçinin əraziyə, Xızı, Siyəzən və Şabran rayonlarından 10-dan artıq "təcili yardım" maşını cəlb olunub. Bakı-Quba yolu bağlanıb.Report