Britaniyada yük avtomobilləri mikroavtobusla toqquşub: ölənlər və yaralananlar var

Böyük Britaniyada mikroavtobus iki yük avtomobili ilə toqquşub.

Bu barədə "Associated Press" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə ölkənin cənub-şərqindəki Milton-Kins şəhərində baş verib. Qəza nəticəsində 8 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.

Ölənlərin və yaralananların hamısının mikroavtobusun sərnişinləri olduğu bildirilir. Nəqliyyat vasitələri yolun eyni hissəsi ilə hərəkət edirmiş.

Polisin məlumatına görə, yük avtomobillərinin sürücüləri ölümlə nəticələnən ehtiyatsızlığa görə həbs ediliblər. Onlardan biri nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməkdə şübhəli bilinir. Report

DİGƏR XƏBƏRLƏR

Top