Dırnaqlarınıza baxın, belə bir cizgi varsa... FOTOLAR

Xərçəng xəstəliyinin bir çox əlamətləri var ki, artıq bir çoxumuz bunu bilirik, ən azından bu barədə oxumuşuq, eşitmişik. Ancaq bu xəstəliyin elə əlamətləri də var ki, çoxumuz hətta görsək belə, heç nə anlamırıq. "Yeniavaz.com" saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu yaxınlarda gözəllik salonuna gedən xanımlardan biri dırnağındakı xəttin uzun zamandır onu narahat etdiyini bildirib. Elə bu yazımızda təqdim etdiyimiz fotoları da həmin gözəllik salonunda çalışan saç ustası öz sosial şəbəkədəki səhifəsində paylaşıb. Saç ustası bildirib ki, bir neçə gün öncə gözəllik salonuna gələn bir xanım baş barmağının dırnağında qara düz bir cizginin olduğunu deyib. Həmin xanım manikürə başlamadan öncə dırnağındakı həmin cizgini örtəcək bir rəngin seçilməsini xahiş edib. Saç ustası həmin xanımdan bu cizginin nə olduğunu soruşub. O isə bildirib ki, səbəbini bilmir, deyilənə görə, kalsium çatışmazlığı ilə bağlıdır.

Gözəllik salonlarında tibbdən anlayışı olan şəxslərdən biri ona təcili həkimə müraciət etməyi və müayinə olmağı məsləhət görüb. Həmin şəxs bunun xərçəng əlaməti ola biləcəyini deyib.

Səhərisi gün barmağını doktorlara göstərən qadına dırnağındakı bu cizginin xərçəng xəstəliyinin əlaməti olduğu bildirilib.

Jean Skinner adlı həmin xanım öz səhifəsində belə bir paylaşım edib: "Dırnağınızdakı ən adi dəyişikliklərə belə diqqət yetirin. Bəzən çox ciddi xəstəliklərin xəbərçisi ola bilər. Erkən müalicə ilə xəstəliyin yayılmasının qarşısını ala bilərsiniz".

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top