Bir ildə Azərbaycanda 107 mindən çox iş yeri bağlanıb

Ötən il Azərbaycanda iqtisadi fəal əhalinin, yəni işləyə biləcək insanların sayı 5 milyon 12,7 min nəfər olub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu əvvəlki illə müqayisədə 97,4 min nəfər çoxdur. Belə ki, 2015-ci ildə iqtisadi fəal əhalinin sayı 4 milyon 915,3 min nəfər olub. Komitənin açıqladığı məlumatlardan belə görünür ki, iqtisadi fəal əhalinin arasında məşğul olanların, yəni işləyənlərin sayı 4 milyon 759,9 min nəfər olub. Bu isə bir il əvvəllə müqayisədə 88,3 min nəfər çoxdur. Burdan belə nəticəyə gəlmək olar ki, iqtisadi fəal əhalininin sayının 97,4 min nəfər artması müaqbilində işləyənlərinin sayının 88,3 min nəfər artması işsizlərin sayının 9,1 min nəfər artması deməkdir. Statistika Komitəsinin açıqladığı digər bir hesabatda isə qeyd olunur ki, 2016-cı il ərzində ölkədə 196 min 539 yeni iş yeri açılıb və bunların 154 min 853-ü daimi iş yerləri olub. Ötən il ölkədə 196 min 539 yeni iş yerinin açılmasına rəğmən işləyənlərinin sayının 88,3 min nəfər artması onu deməyə əsas verir ki, ya açıln iş yerləri əmək bazarının tələbatına cavab vermir, ya da 2016-cı ildə Azərbaycanda 107 mindən çox iş yeri bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top