İŞİD-dən azad edilən Osmanlı qalasına İraq bayrağı sancıldı

İraq qoşunları Təlafar şəhərini İŞİD terror qruplaşmasının silahlılarından azad edərək tam nəzarəti ələ keçirib.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, İraq ordusu bu gün şəhərin mərkəzini ələ keçirib və orada yerləşən XVI əsrə aid Osmanlı qalasını azad edərək İraq bayrağını sancıb.

Qeyd edək ki, 2014-cü ilin yayından İŞİD-in nəzarətində olan Təlafar ölkədə ekstremistlərin sonuncu istinadgahlarından biri olub. Terrorçular şəhəri İraq və Suriya arasında əsas yükboşaltma məntəqəsi qismində istifadə ediblər. Mosuldan qərbdə, 70 kilometr aralıda yerləşən şəhərin əhalisi arasında türkmənlər üstünlük təşkil edirlər. Təlafarın azad edilməsi silahlıların təchizat kanalını kəsməyə imkan verəcək. Təlafarın İŞİD-dən azad edilməsi üzrə əməliyyat avqustun 20-də başlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top