Bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2016-cı ilin eyni dövrünün səviyyəsini real ifadədə 1,2 faiz üstələyərək 9 milyard 562,3 milyon manata çatıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət dövriyyəsi 9 milyard 425 milyon manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 2,4 faiz çox olub.
Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 140,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.