“Borussiya” Dortmund hücumçu Usman Dembelenin transferi ilə bağlı “Barselona” ilə razılığa gədiyini elan edib. “Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi 20 yaşlı fransız üçün 105 milyon avro ödəyəcək. “Borussiya”, həmçinin bu məbləğin 40 faizini bonuslar qismində əldə edə bilər. U. Dembele bazar günü İspaniyaya gedəcək, bazar ertəsi isə tibbi müayinədən keçərək “Barselona” ilə beşillik müqavilə imzalayacaq. “Barselona” müqavilədə U. Dembelenin almaq istəyənlər üçün 400 milyon avro məbləğində qiymət qoyub.