Naxçıvana yeni daxili işlər naziri təyin edilib

Naxçıvan Muxtar Respublikasının yeni daxili işlər naziri təyin edilib. “Qafqazinfo”nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, bu gün Muxtar Respulikanın daxili işlər naziri vəzifəsinə hazırda Naxçıvanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi vəzifəsini tutan general-mayor Fazil Ələkbərov təyin olunub.

Qeyd edək ki, Naxçıvan DİN-nin keçmiş rəhbəri Əhməd Əhmədovun külli miqdarda narkotik qalmaqalına görə vəzifəsindən azad olunduğu bildirilir. Bu posta təyinatla bağlı KİV-də çoxlu sayda materiallar dərc olundu. Bir neçə gün öncə Rafiq Abbasovun bu vəzifəyə təyin olunduğu yazılsa da, sonradan bu məlumatlar təkzib olundu.

DİGƏR XƏBƏRLƏR

Top