Türk səfir İsveç Xarici İşlər Nazirliyinə çağırılaraq xəbərdarlıq edildi

İsveç Xarici İşlər Nazirliyi Türkiyənin bu ölkədəki səfiri Kaya Türkməni nazirliyə çağırıb. “Yeniavaz.com”un “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə İsveçin xarici işlər naziri Marqot Vollström “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Türkiyədə həbsdə saxlanılan iki İsveç vətəndaşı ilə bağlı narahatlığı çatdırmaq üçün səfir nazirliyə çağırılıb: “Türk səfir bir daha Xarici İşlər Nazirliyinə çağırıldı və biz həbs olunmuş İsveç vətəndaşları ilə bağlı narahatlığımızı və tələblərimizi ifadə etdik”. Nazir qeyd edib ki, bu hadisələrin Türkiyənin İsveç və Avropa İttifaqı ilə əlaqələrinə təsir edə biləcəyinə dair Ankaranı məlumatlandırdıq. Xatırladaq ki, İsveç və Türkiyə vətəndaşlığı olan jurnalist Həmzə Yalçın Türkiyə hökumətinin tələbi əsasında avqustun 3-də İspaniyada saxlanılıb. H. Yalçın Türkiyənin tələbi ilə terrorçuluq ittihamı üzrə İnterpol vasitəsilə axtarırılırdı. İsveç vətəndaşı Əli Qharavi isə iyul ayında Böyükadada saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top