Mingəçevirin nərd üzrə çempionu məlum olub - FOTO

Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin tədbirlər planına uyğun olaraq, ahıllar arasında "Nərd" milli oyunu üzrə şəhər çempionatı keçirilib. "Yeniavaz.com" xəbər verir ki, üç gün davam edən çempionatda 64 həvəskar idmançı dörd yarımqrupda mübarizə aparıb. Yarışın keçirilməsində məqsəd zəhmətkeşlərin, yaşlı insanların asudə vaxtlarının səmərəli keçməsinin təşkil etməkdir. "Dostluq parkı"nda baş tutan çempionatın qalibləri məlum olub:

- Səfər Şahmar oğlu Səfərov - I yer,

- Mehman Hilal oğlu Qurbanov - II yer,

- Çingiz Selman oğlu Bayramov - III yer.

Qaliblər Şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi "Nərd" mükafatları və diplomlarla təltib olundular.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top