Son 5 ildə doğulan uşaqlara qoyulan adlar - Gümüş, Altun, Qızıl, Briliyant, Mirvari...

Azərbaycanda neçə körpəyə qiymətli metal və daş-qaş adı qoyulduğu məlum olub.

Son beş ildə doğulan 3301 körpəyə İnci (mirvari mənasında) adı verilib.

Bu il ərzində isə artıq 434 körpəyə İnci adı qoyulub.

Bu il doğulan körpələrdən 3-nə Gümüş (son beş ildə 49), 7-nə Altun (son beş ildə 60), 2-nə Qızıl, 64-nə Zümrüd (son beş ildə 628), 1-nə Briliyant (son beş ildə 3), 22-nə Almaz (son beş ildə 226), 11-nə Mirvari (son beş ildə 120), 16 körpəyə Zinyət (son beş ildə 104) adı verilib.

Bundan əlavə, son beş ildə 62 körpəyə Qızılgül, 165-nə Yaqut, 714-nə Firuzə, 16 körpəyə Zinyət adı qoyulub.

Eyni zamanda siyahıda Zinyətxanım, Gümüşxan, Altunay, Altunər, Qızılşan, Qızılgül, Zümrüdxanım, İncinur, İncinaz, İncisu, Firuzənur, Firuzəxanım, Almazxan, Dəmir, Dəmirəl, Dəmirçi kimi adlar da yer alıb. Report

DİGƏR XƏBƏRLƏR

Top