Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 11 saxta diplom aşkarlanıb

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başladığı müddət ərzində 11 saxta diplom aşkarlanıb.

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.

Nazirlikdən bildirilib ki, avqust ayının 21-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. 5225 nəfərin buraxıldığı həmin mərhələdə bu günədək artıq 3000-dən çox namizəd müsahibədən keçib.

Avqustun 26-da başa çatacaq həmin mərhələdə müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır.

Müsahibə mərhələsi də test imtahanlarının keçirildiyi məkanda - Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilib. Burada namizədlərin diplomlarının uyğunluğu yoxlanılır. Report

DİGƏR XƏBƏRLƏR

Top