Gözlər Monakoda: "Qarabağ"ın rəqibləri müəyyənləşir CANLI İZLƏ

Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilir.

Əsas raundda iştirak edəcək 32 komanda 8 qrupa bölünüb.

Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayıb. İlk dəfə bu mərhələdə Azərbaycan da təmsil olunur.

Beşqat Azərbaycan çempionu "Qarabağ" qitənin ən güclü 32 komandası arasında yer aldığından bugünkü tədbirdə rəqiblərini tanıyacaq. Artıq komandalar reytinqlərinə görə səbətlərə bölünüb.

Çempionlar Liqası Qrup mərhələsi

I səbət
"Real" (İspaniya)
"Bavariya" (Almaniya)
"Çelsi" (İngiltərə)
"Yuventus" (İtaliya)
"Benfika" (Portuqaliya)
"Monako" (Fransa)
"Spartak" Moskva
"Şaxtyor" (Ukrayna)

II səbət
"Barselona" (İspaniya)
"Atletiko" (İspaniya)
PSJ (Fransa)
"Borussiya" (Dortmund, Almaniya)
"Sevilya" (İspaniya)
"Mançester Siti" (İngiltərə)
"Porto" (Portuqaliya)
"Mançester Yunayted" (İngiltərə)

III səbət
"Napoli" (İtaliya)
"Tottenhem" (İngiltərə)
"Bazel" (İsveçrə)
"Olimpiakos" (Yunanıstan)
"Anderlext" (Belçika)
"Roma" (İtaliya)
"Beşiktaş" (Türkiyə)
"Liverpul" (İngiltərə)

IV səbət
"Seltik" (Şotlandiya)
"Qarabağ" (Azərbaycan)
APOEL (Kipr)
"Sportinq" (Portuqaliya)
MOİK (Rusiya)
"Feyenord" (Hollandiya)
"Maribor" (Sloveniya)
"Leypsiq" (Almaniya)

futbolll

DİGƏR XƏBƏRLƏR

Top