Gün ərzində "Facebook"da nələr baş verir? MARAQLI MƏLUMATLAR

Açıqlanan son statistik göstəricilərə görə dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook"da 2 milyard 10 milyon istifadəçi qeydiyyatdan keçib. "Yeniavaz.com" xarici mətbuatda yer alan məlumatlara istinadən bildirir ki, 13 il əvvəl - 2004-cü ildə təsis olunan "Facebook"un hazırda bütün dünyada 10 min 955 nəfər işçisi var. Sosial şəbəkədən istifadə edənlərin orta aylıq sayı 1 milyard 660 milyona çatıb. "Facebook"la bağlı açıqlanan son statistik göstəricilər isə belə olub:

- "Facebook" istifadəçilərinin 53%-ni qadınlar və 47% kişilər təşkil edir.

- Hər bir "Facebook" istifadəçisinin orta hesabla 155 "dost"u var.

- "Facebook" istifadəçilərinin 87%-i 18-29 yaşlı insanlardır.

- İstifadəçilərin 74%-i orta məktəb məzunudur.

- ABŞ-da yaşayan 30-49 yaşlı insanların 79%-i "Facebook" istifadəçisidir.

- 2016-cı ilin üçüncü rübündə "Facebook"un gəlirləri 7 milyard dollar olub.

- "Facebook"un səhimlərinin ümumi dəyəri 245 milyard dollardan çoxdur.

- "Facebook"da kiçik biznes müəssisələrinə məxsus 40 milyondan çox aktiv səhifə var.

- "Facebook"un "like" düyməsinə 1,13 trilyon dəfə basılıb.

- 2016-cı ilin yanvar ayından etibarən "Facebook Daily" -də 100 milyon saat video izlədi.

- "Facebook"a hər gün 350 milyon fotoşəkil, saatda 14,6 milyon video, dəqiqədə 243 min fotoşəkil, saniyədə isə 4000 video yüklənir.

- Hər 20 dəqiqədən bir 1 milyon bağlantı paylaşılır, 20 milyon dostuq istəyi və 3 milyon mesaj göndərilir.

- Hər gün 55 milyon status yazılır.

DİGƏR XƏBƏRLƏR

Top